"Milan"ın futbolçusu Rafael Leao İtaliya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, 23 yaşlı vinger komandaya yeni transfer olduğu vaxtlar haqda danışıb. Portuqaliyalı futbolçu Zlatan İbrahimoviçin onu çox dəstək olduğunu deyib:
"Adaptasiya müddətindən sonra fərqli futbolçu oldum. Həmin vaxtlar ailəm, məşqçim və hər gün ünsiyyətdə olduğum İbrahimoviçin üzərimdə çox böyük əməyi var. Zlatan mənim üçün örnəkdir. Onunla yalnız meydanda deyil, meydandan kənarda da tez-tez görüşürük".
Qeyd edək ki, Rafael Leao "Milan"a 2019-cu ilin yayında "Lill"dən transfer olunub. Portuqaliya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 8 matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi