İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, ayın ən yaxşısı adına "Napoli"nin müdafiəçisi Kim Min-Je layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı mərkəz müdafiəçisi sorğuda "Udinize"nin müdafiəçisi Rodriqo Beçao, "Atalanta"nın türk futbolçusu Merih Demiral, "Latsio"nun yarımmüdafiəçisi Segey Milinkoviç-Saviç və "Milan"dan Teo Hernandesi qabaqlayıb.
Qeyd edək ki, Kim Min-Je "Napoli"yə mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. Cənubi koreyalı futbolçu sentyabr ayında Neapol təmsilçisinin heyətində meydana çıxdığı 3 A Seriyası matçında 1 qol vurub.
saytlarin hazirlanmasi