İtaliya A Seriyasında baş məşqçi istefası

13:07 - 3 Oktyabr 2022

İtaliya A Seriyasında növbəti baş məşqçi istifası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Sampdoriya" Marko Campaolo ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

55 yaşlı mütəxəssis komandanın çempionatdakı uğursuz nəticələrinə görə istefaya göndərilib. Onun rəhbərliyi ilə "Sampdoriya" 8 turdan sonra A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, Marko Campaolo bu ilin yanvar ayından "Sampdoriya"nı çalışdırırdı.

Xəbər xətti