AFFA Canni De Byazi ilə bağlı qərarı sabah verəcək

14:44 - 3 Oktyabr 2022

Oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

 

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə

3. Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi

4. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi

5. Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi

6. Digər məsələlər

 

Xatırladaq ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti başa çatıb. AFFA İK iclasda italiyalı mütəxəssisin postunda qalıb-qalmamasına qərar verəcək.

Xəbər xətti