Qvardiola Haalandı Messi ilə müqayisə etdi

16:35 - 3 Oktyabr 2022

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted" üzərində qazanılan 6:3 hesablı qələbədən sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Erlinq Haaland haqda fikirlərini bildirib. O, norveçli hücumçunu Lionel Messi ilə müqayisə edib:

 

"Erlinq Haaland Lionel Messi kimi hər matçda qol vurur. Ancaq Haalanda qol vurmaq üçün bütün komanda kömək edir. Messi isə bunu təkbaşına edirdi. Bütün oyunçularımız bir-biriləri üçün mübarizə aparır. Hər kəs komanda yoldaşının qaçdığını görəndə daha çox qaçmaq üçün səy göstərir. Son illərdəki uğurlarımızın sirri bir-birimiz üçün oynamağımızdır".

Xəbər xətti