"İnter" Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi türk yarımmüdafiəçinin 2024-cü ilin yayınadək olan müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
"Milan" klubu 28 yaşlı futbolçunun meneceri ilə noyabr ayında bir araya gəlmək istəyir. Hazırda illik 5 milyon avro maaş alan təcrübəli futbolçu ilə yeni sözləşmə üçün maliyyə şərtləri razılaşdırılmalıdır.
Qeyd edək ki, Hakan Çalhanoğlu "İnter"ə 2021-ci ilin yayında azad agent statusu ilə transfer olunub. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 10 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi