İtaliyanın "Roma" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Mehmet Zeki Çelik sıradan çıxıb.
Türkiyə millisinin üzvü Avropa Liqası qrup mərhələsinin "Betis"lə matçında (1:2) zədələnib. 25 yaşlı sağ cinah müdafiəçisi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mehmet Zeki Çelik "Roma"ya mövsümün əvvəlində "Lill"dən transfer olunub. O, A Seriyası təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi