Millimiz Xorvatiyaya qarşı

12:35 - 10 Oktyabr 2022

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün sonuncu oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, yığma Xorvatiyanın Pula şəhərindəki “Aldo Drosina” stadionunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 13:00-da başlayacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

B Liqasının I qrupunda mübarizə aparan Azərbaycan əvvəlki 2 oyununda da uduzub. Yığma Monteneqroya 1:2, Kiprə isə 0:4 hesabıyla məğlub olub.

Avropa çempionatı
İlkin seçmə mərhələ, III tur

10 oktyabr

13:00 Azərbaycan - Xorvatiya

Baş hakim: Viktoriya Beyer (Fransa)

Xəbər xətti