"Mançester Siti"nin hücumçusu Erlinq Braut Haaland uğurlu performansının sirrini açıqlayıb.
Sportal.az xəbər verir ki, norveçli forvard xüsusi qidalanma üsulundan danışıb. 22 yaşlı qolçu ət yediyini bildirib:
"İnsanlar ət yeməyin pis bir şey olduğunu deyirlər. Amma onların nəzərdə tutduğu nədir? Əgər ət yemək istəyirəmsə, "fast food" restoranlarına getmirəm, ürək və ya qaraciyər kimi ətləri yeyirəm. Bunun sayəsində B vitamini, dəmir və fosforu birbaşa qəbul edirəm".
Qeyd edək ki, Erlinq Haaland cari mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 13 matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi