İngiltərə Premyer Liqanın 10-cu turunda "Mançester Yunayted"in səfərdə "Everton"u 2:1 hesabı ilə məğlub etdiyi matç Kriştiano Ronaldo üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, qarşılaşmanın 44-cü dəqiqəsində fərqlənən poruqaliyalı hücumçu klub karyerasında vurduğu qolların sayını 700-ə çatdırıb.
Ulduz futbolçu bu qolların 144-ünü "Mançester Yunayted"də, 450-ni "Real"da, 101-ni "Yuventus"da 5-ni isə "Sportinq"də vurub.
Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsümdə "Mançester Yunayted"in heyətində meydana çıxdığı 10 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi