İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçiləri Coel Matip və Trent Aleksander-Arnold sıradan çıxıb. Hər iki futbolçu iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Bu isə onların Çempionlar Liqasında "Reyncers"lə, İngiltərə Premyer Liqasında isə "Mançester Siti" ilə matçları buraxacağı deməkdir.
Qeyd edək ki, daha əvvəl "Liverpul"un futbolçusu Luis Dias da zədələnib. Dizindən xəsarət alan kolumbiyalı vinger 2 ay komandaya kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi