"Çelsi"nin müdafiəçisi dünya çempionatını buraxacaq

21:56 - 16 Oktyabr 2022

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "Çelsi"nin müdafiəçisi Ris Ceyms sıradan çıxıb. Çempionlar Liqası qrup mərhələsinin 4-cü turunun "Milan"la oyununda (2:0) zədələnən 23 yaşlı sağ cinah müdafiəçisinin durumu ciddidir. 

 

Futbolçu iki ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun 21-dən dekabrın 18-dək Qətərdə baş tutacaq dünya çempionatını buraxacağı deməkdir.

 

Qeyd edək ki, Ris Ceyms cari mövsümdə "Çelsi"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti