Salah Cerrardı geridə qoydu

16:06 - 17 Oktyabr 2022

"Liverpul"un İngiltərə Premyer Liqasının 10-cu turunda "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub etdiyi matç Məhəmməd Salah üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada vurulan yeganə qolun müəllifi olan misirli ulduz adını Mersisayd klubunun tarixinə yazdırıb.

 

30 yaşlı hücumçu "Liverpul" forması ilə Premyer Liqada vurduğu qolların sayını 121-ə yüksəldib. Bununla da təcrübəli futbolçu 120 qol vuran əfsanəvi Stiven Cerrardı qabaqlayaraq klub tarixinin ikinci ən yaxşı bombardiri olub. Salahı 128 qol sevinci yaşayan Robbi Fovlerdən 7 qol ayırır.

 

Qeyd edək ki, Məhəmməd Salah "Liverpul"a 2017-ci ilin yayında "Roma"dan transfer olunub. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 14 oyunda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti