"Mançester Siti"nin kapiyanı İlkay Gündoğan klubun rəsmi saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yaxşı mövsüm keçirən komanda yoldaşı Erlinq Haaland haqda danışıb. Təcrübəli futbolçu norveçli hücumçunun "Qızıl top"u qazana biləcəyini deyib:
"Erlinq Haalandın keyfiyyəti var, bunu hər kəs görə bilər. Bir çox özəlliklərə sahibdir. Daha da irəli getmək üçün çox çalışmalı olduğunu bilir. O, çox özəl insandır, həm də çox sadədir. Əminəm ki, Erlinq daha da inkişaf edəcək. İllər keçdikcə inanılmaz bir futbolçu olacaq. Onun "Qızıl top"u qazanmaq şansı çoxdur".
Qeyd edək ki, Erlinq Haaland "Mançester Siti"yə mövsümün əvvəlində Dortmund "Borussiya"sından transfer olunub. 23 yaşlı forvard "şəhərlilər"in heyətində meydana çıxdığı 14 matçda 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi