"Mançetser Yunayted"in hücumçusu Kriştiano Ronaldo ilə bağlı yeni iddia irəli sürülüb.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu İngiltərə Premyer Liqasının 11-ci turunun "Tottemhem"lə matçında (2:0) meydana çıxmayıb.
"Daily Mail"in yaydığı məlumata görə, matçın gedişində baş məşqçi Erik ten Haq portuqaliyalı futbolçunu meydana buraxmaq istəyib. Lakin Ronaldo oyuna girməkdən imtina edib.
"Tottenhem"lə matçın 89-cu dəqiqəsində Kriştiano Ronaldo paltardəyişmə otağına yollanıb. O, oyun bitmədən isə "Old Trafford" stadionunu tərk edib.
saytlarin hazirlanmasi