Kriştiano Ronaldo "Mançester Yunayted"in əsas komandasında uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, buna portuqaliyalı ulduzun intizamsız davranışları səbəb olub.
Ronaldo Premyer Liqanın 11-ci turunun "Tottenhem"lə matçında (2:0) meydana sonradan daxil olmaq istəməyib. O, görüşün 89-cu dəqiqəsində isə stadionu tərx edib. Buna görə də "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq 37 yaşlı futbolçunun adını 12-ci turun "Çelsi" ilə oyununun heyətinə daxil etməyəcək.
Qeyd edək ki, "Çelsi" - "Mançester Yunayted" qarşılaşması 22 oktyabr tarixində Bakı vaxtilə saat 20:30-da baş tutacaq.
saytlarin hazirlanmasi