"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın qərarı ilə əsas komandadan uzaqlaşdırılan Kriştiano Ronaldo instaqram hesabında paylaşım edib.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu yenidən komanda ilə birlikdə olacağını bildirib:
"Karyeram ərzində hər zaman həmkarlarıma, düşmənlərimə və məşqçilərimə hörmətlə yanaşdım və belə də davam edirəm. Bu, heç vaxt dəyişmədi, mən dəyişmədim. Son 20 ildir yüksək səviyyədə futbol oynayarkən eyni adam, eyni peşəkaram. Hörmət hər zaman qərar verməyimdə vacib rol oynadı.
Çox gənc yaşda başladım.İndi isə ən təcrübəli oyunçu olaraq nümunə göstərilirəm. Buna xüsusi diqqət edirəm. Təəssüf ki, bu, hər zaman mümkün olmur və bəzən o anın çılğınlığı ilə içimizdəki hisslər özünü göstərir. Hazırda Karrinqtonda çalışmağa davam edirəm. Komanda yoldaşlarımı dəstəkləyirəm və həmişə hər matça hazır olmaq məcburiyyətində olduğumu hiss edirəm. Təzyiqə təslim olmaq heç vaxt mümkün olmadı. Bura "Mançester Yunayted"dir və bir olaraq ayaqda durmalıyıq. Tezliklə yenə birlikdə olacağıq".
Qeyd edək ki, Kriştiano Ronaldo Premyer Liqanın 12-ci turunun "Tottenhem"lə matçında (2:0) meydana daxil olmaq istəməyib və qarşılaşmanın 89-cu dəqiqəsində stadionu tərk edib.
saytlarin hazirlanmasi