David De Xea və Markus Reşfordun "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçularla yeni sözləşmə ilə bağlı danışıq aparmağa tələsmir. "Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq məsələ ilə bağlı fikirlərini bildirib. O, hazırda oyunçuların performansını düşündüyünü deyib:
"Hazırda onların oyunlarına və performanslarına köklənmişik. Qarşıda hələ çox matç var. Müqavilə ilə bağlı danışıqlar performanslarına təsir etməməlidir".
Qeyd edək ki, david de Xea "Mançester Yunayted"ə 2011-ci ilin yayında "Atletiko"dan transfer olunub. 32 yaşlı əlcək sahibi komandanın heyətində 501 rəsmi matçda iştirak edib.
Markus Reşford isə "Mançester Yunayted"in yetirməsidir. İngiltərə Millisinin üzvü Mançester təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 315 matçda 98 qol və 60 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi