Kriştiano Ronaldoya pul cəzası

14:59 - 22 Oktyabr 2022

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun "Tottenhem"lə matçda (2:0) etdiyi intizamsız davranışlar ona baha başa gələcək.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas komandasından uzaqlaşdırılan portuqaliyalı ulduz pul cəzasına da məruz qalacaq. Klub rəhbərliyi 37 yaşlı oyunçunu 820 min funt-sterlinq məbləğində cərimələyəcək.

 

Qeyd edək ki, Kriştiano Ronaldo Premyer Liqanın 12-ci turunun "Tottenhem"lə matçında (2:0) meydana daxil olmaq istəməyib və qarşılaşmanın 89-cu dəqiqəsində stadionu tərk edib.

Xəbər xətti