İngiltərənin "Çelsi" klubuna yeni idman direktoru təyin olunub.
Sportal.az xəbər verir ki, hazırda "Monako"da eyni vəzifəni icra edən Lorens Stüart London təmsilçisində çalışacaq. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Mütəxəssis "Monako"da işini başa vurduqdan sonra "Çelsi"yə keçəcək. O, əvvəllər İngiltərədə "Mançester Siti" və "Everton" klublarında da çalışıb.
saytlarin hazirlanmasi