17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığma Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin minimal hesablı qələbəsiylə başa çatıb.
Azərbaycan yığmasının heyətində Hüseyn Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub.
Azərbaycan millisi qrupdakı ilk matçında Ukraynaya 2:5 hesabıyla uduzub.
Avropa çempionatı
Seçmə mərhələ, II tur
27 oktyabr
Bosniya və Herseqovina - Azərbaycan - 1:0
Qol: E.Duqiç, 16
Qırmızı vərəqə: Hüseyn Hüseynov, 87 (Azərbaycan)
Hakimlər: Eldorjan Hamiti, Xhulio Mani (Albaniya), Miguel Nogueira, Hugo Manuel Freire Marques (Portuqaliya)