İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin hücumçusu Romelu Lukaku zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belçikalı forvardın Çempionlar Liqasında "Bavariya", A Seriyasında isə "Yuventus"la matçları buraxacağı gözlənilir.
Qeyd edək ki, "İnter" Romelu Lukakunu mövsümün əvvəlində "Çelsi"dən icarəyə götürüb. 29 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi