Moldova millisinin Azərbaycanla oyun üçün yekun heyəti

20:25 - 2 Noyabr 2022

Moldova milli komandasının Azərbaycan və Rumıniyaya qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko 28 futbolçuya dəvət göndərib:

Qapıçılar: Dorian Raylyan ("Unirya Dej", Rumıniya), Kristian Avram ("Petrokup"), Dmitri Çelyadnik ("Şerif")

Müdafiəçilər: İqor Armaş ("Voluntar", Rumıniya), Vyaçeslav Posmak ("Boluspor", Türkiyə), Yon Jardan, Yoan-Kelin Revenko (hər ikisi "Petrokup"), Vadim Boloxan ("Milsami"), Oleq Ryabçuk ("Olimpiakos", Yunanıstan), Artur Kraçun ("Hapoel" Kfar Saba, İsrail), Daniel Dumbravanu ("Apoel", Kipr), Yuri Yovu ("İstra", Xorvatiya)

Yarımmüdafiəçilər: Artur Yonitse ("Piza", İtaliya), Serciu Platika, Mixai Platika (hər ikisi "Petrokup"), Vadim Ratse ("Voluntar"), Yevgeni Koçuk ("Pünik", Ermənistan), Mixail Kaymakov ("Torpedo", Rusiya), Kristian Dros ("Slaviya", Belarus), Nikita Motspan ("Hapoel" Hayfa, İsrail), Viktor Stıne ("Panserraikos", Yunanıstan), Serafim Kojokar ("Belts")

Hücumçular: Yon Nikolaesku ("Beytar", İsrail), Vitali Damaşkan ("Voluntar"), Virciliu Postolaki ("UTA Arad", Rumıniya), Niki Kleşenko ("Sion", İsveçrə), Kojokaru, Yosipoy (hər ikisi "Perokub")

Xəbər xətti