Kazemiro İngiltərədə ən yaxşı seçildi

21:11 - 3 Noyabr 2022

İngiltərənin "Mançester Yunayted" klubunda oktyabr ayının ən yaxşı oyunçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"da başa çatan ayın ən yaxşısı adına Kasemiro layiq görülüb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Braziliyalı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda 34 faiz səs toplayıb. 30 yaşlı futbolçu Lisandro Martines, Markus Reşford və Dioqo Dalotu qabaqlayıb.

 

Qeyd edək ki, Kazemiro "Mançester Yunayted"ə mövsümün əvvəlində "Real"dan transfer olunub. Braziliya millisinin üzvü oktyabr ayında komandanın heyətində meydana çıxdığı 9 oyunda 1 qol vurub.

Xəbər xətti