"Liverpul" satışa çıxarıldı

17:56 - 7 Noyabr 2022

İngiltərənin "Liverpul" klubu satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin sahibi olan "Fenvey Sports Qrup" açıqlama verib. Açıqlamada "Liverpul" üçün gələcək təkliflərin dəyərləndiriləcəyi bildirilib.

 

Klubun satışına "Qoldmen Saçs" və "Morqan Stenli" bankları nəzarət edəcək.

 

Qeyd edək ki, bir müddət əvvəl İngiltərənin "Çelsi" klubu da Todd Boelinin rəhbərlik etdiyi şirkətə 4,87 milyard avroya satılmışdı.

Xəbər xətti