"Latsio" "Napoli"yə yaxınlaşdı- VİDEO

11:26 - 11 Noyabr 2022

İtaliya A Seriyasında 14-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun son matçında "Latsio" doğma meydanda "Montsa"nı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 30-a yüksəldən "Latsio" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Romalılar lider "Napoli"dən 8 xal geri qalır. "Montsa" isə 13 xalla 15-ci pillədə qərarlaşıb.

 

"Latsio" - "Montsa" 1:0

Qol: Luka Romero, 69

 

Xəbər xətti