İngiltərənin "Mançester Yunayted" klubu Kriştiano Ronaıdonun qalmaqallı müsahibəsi ilə bağlı açıqlama yayıb.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəsmi saytından yayılan açıqlamada portuqaliyalı futbolçunun müsahibəsinin araşdırılacağı bildirilib:
"Kriştianu Ronaldonun müsahibəsi ilə bağlı mətbuatda yayılan xəbərləri izləyirik. Tam faktlar müəyyən edildikdən sonra klub öz qərarını nəzərdən keçirəcək.
Diqqətimiz mövsümün ikinci yarısına hazırlaşmaq, oyunçular, məşqçilər heyəti və azarkeşlər arasında qurulan inamı və birliyi davam etdirməyə yönəyib".
Qeyd edək ki. Kriştiano Ronaldo "The Sun" nəşrinə müsahibəsində "Mançester Yunayted"i və komandanın baş məşqçisi Erik ten Haqı sərt tənqid edib.
saytlarin hazirlanmasi