"Mançester Yunayted"in baş məəşqçisi Erik ten Haq Kriştiano Ronaldo ilə bağlı klub rəhbərliyi ilə görüşüb.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, görüş zamanı portuqaliyalı futbolçunun komandadakı gələcəyi müzakirə olub. Niderlandlı mütəxəssis rəhbərlikdən 37 yaşlı hücumçunun göndərilməsini istəyib.
Portuqaliya millisinin üzvünün qış transfer pəncərəsi zamanı "qırmızı şeytanlar"ın sıralarını tərk edəcəyi bildirilir.
Qeyd edək ki, Kriştiano Ronaldo "The Sun" nəşrinə verdiyi müsahibədə klub rəhbərliyini və komandanın baş məşqçisi Erik ten Haqı sərt tənqid edib.
saytlarin hazirlanmasi