De Byazinin jurnalistlərlə görüşünün vaxtı məlum oldu

15:59 - 18 Noyabr 2022

Noyabrın 20-də, saat 17:00-da, Skopyedə keçiriləcək Şimali Makedoniya - Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

 

Sportal.az xəbər verir ki, tədbirlər oyundan bir gün əvvəl - noyabrın 19-da təşkil olunacaq.

 

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Bakı vaxtı ilə 13:30-da media nümayəndələri ilə görüşəcək.

 

Azərbaycan milli komandası

19 noyabr
Saat 10:30. Mətbuat konfransı (Bakı vaxtı ilə 13:30)
Saat 11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Bakı vaxtı ilə 14:30)

 

Şimali Makedoniya milli komandası

19 noyabr
Saat 13:00. Mətbuat konfransı
Saat 14:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 

 

Qeyd: Tədbirlərin saatı yerli vaxtla göstərilib.

Xəbər xətti