Emin Mahmudov: "İndi işlərim qaydasında gedir"

14:40 - 19 Noyabr 2022

Milli komandamız sabah yoldaşlıq oyunu çərçivəsində Şimali Makedoniya yığması ilə üz-üzə gələcək.

 

Sportal.az xəber verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında kapitan Emin Mahmudov açıqlama verib:

 

"Ardıcıl qələbələr qazanmaq futbolçulara əlavə inam verir. Qələbə qazanmaq çox xoş hissdir. Uğurlu seriyanı davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq.

 

Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Oyunlarını izləmişik. Elif Elmas, Enis Bardi kimi təhlükəli oyunçuları var. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər.

 

Etiraf edim ki, bir-iki il ərzində millidə bu qədər qol vuracağımı gözləmirdim. Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar".

Xəbər xətti