DÇ-2022: İngiltərə millisi ilk oyuna itki ilə çıxacaq

15:52 - 19 Noyabr 2022

İngiltərə milli komandası dünya çempionatının ilk matçına ciddi itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Ceyms Meddison İrana qarşı keçiriləcək oyunu buraxacaq. Bu barədə "Daily Mirror" nəşri məlumat yayıb. Yarımmüdafiəçi millinin son 2 məşqində iştirak etməyib və o, İranla ilk matçda meydana çıxmayacaq.
 

İngiltərə - İran qarşılaşması 21 noyabr tarixində baş tutacaq.

 

Qeyd edək ki, İngiltərə yığması mundialın B qrupunda İran, Uels və ABŞ ilə mübarizə aparacaq.

Xəbər xətti