Şimali Makedoniya milli komandasının futbolçusu Enis Bardi Azərbaycanla keçirəcəkləri yoldaşlıq oyunundan öncə baş tutan mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, "Trabzonspor"un yarımmüdafiəçisi yığmamızın fiziki güclü olduğunu bildirib:
"Rəqib fiziki cəhətdən güclüdür. Bu gün futbolda favorit yoxdur. Yaxşı oynamaq özümüzdən asılıdır. Finlandiya ilə görüşü təhlil etdik. Buraxdığımız xırda səhvləri düzəltmək lazımdır. Sabah yaxşı nəticə qazanacağımıza inanıram".
saytlarin hazirlanmasi