Məşhur şirkət "Mançester Yunayted"i almaq istəyir

18:30 - 24 Noyabr 2022

Məşhur "Apple" şirkəti İngiltərənin "Mançester Yunayted" klubunu ala bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə "The Daily Mirror" nəşri məlumat yayıb. ABŞ şirkəti klubun səhmlərinin böyük hissəsinə almaq üçün danışıqlar aparır. "Mançester Yunayted" üçün edilən təklifin təxminən 6,75 milyard avro civarında olduğu bildirilir.

 

Qeyd edək ki, hazırda Premyer Liqa təmsilçisinin sahibi olan Qleyzerlər ailəsi bir müddət öncə klubu satacağını açıqlayıb.

Xəbər xətti