İngiltərənin "Çelsi" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisi Trevo Çalobanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İngiltərə U-21 millisinin üzvü 2028-ci ilin iyun ayına kimi "Çelsi"yə məxsus olacaq. Premyer Liqa klubunun müqaviləni daha 1 il müddətinə uzatmaq hüququ var.
Qeyd edək ki, Trevo Çaloba "Çelsi"yə 2020-ci ilin yayında "Haddersfild"dən transfer olunub. 21 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə komandanın heyətində 14 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi