"Çelsi"nin futbolçusu İngiltərə millisinin düşərgəsini tərk etdi

18:57 - 5 Dekabr 2022

Rahim Sterliq Qətərdə dünya çempionatında iştirak edən İngiltərə millisinin düşərgəsini tərk edib.

 

Sportal.az xəbər verir ki, "Çelsi"nin futbolçusu ailəvi səbəblərə görə ölkəyə qayıdıb.

 

28 yaşlı vinger Qətərdə olarkən onun evinə oğrular girib. Buna görə futbolçunun ailə üzvləri qorxulu anlar yaşayıb. Sterlinq məhz bu səbəbdən İngiltərəyə qayıdıb. Vəziyyət yaxşı olacğı halda təcrübəli vinger yenidən millinin düşərgəsinə qoşulacaq.

 

Bir neçə gün öncə Ben Uayt da şəxsi səbəblərə görə İngiltərə millisindən ayrılıb. "Arsenal"ın müdafiəçisi mundialın qalan matçlarında iştirak etməyəcək.

 

Qeyd edək ki, İngiltərə yığma komandası dümya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. Milli bu mərhələdə Fransa ilə üz-üzə gələcək.

Xəbər xətti