Van Qaal: "Argentinadan qisas almaq istəyirik"

20:23 - 6 Dekabr 2022

Niderland milli komandası DÇ-2022-nin 1/4 final mərhələsində Argentina ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, "narıncılar"ın baş məşqçisi Lui van Qaal matç ərəfəsində açıqlama verib. 71 yaşlı Argentinadan DÇ-2014-ün yarımfınalındakı məğlubiyyətin əvəzini çıxmaq istədiklərini deyib:

 

"Mən çempion ola biləcəyimizi demişəm, çempion olacağımızı deməmişəm. Amma ola bilərik. Messi fərd olaraq qərarları ilə nəticəyə təsir edə biləcək bir oyunçudur. 2014-cü ildəki matçda topa toxunmadı, amma penaltilərdə məğlub olduq. İndi Argentinadan qisas almaq istəyirik".

 

Qeyd edək ki, Niderland - Argentina qarşılaşması 9 dekabr tarixində Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Xəbər xətti