Fransa millisində Mbappe şoku

20:58 - 6 Dekabr 2022

Fransa milli komandasında Kilian Mbappe şoku yaşanır.

 

Sportal.az xəbər verir ki, son dünya çempionlarının hücumçusunun topuğunda ağrılan var. 24 yaşlı forvard bu səbəbdən komandanın bu gün baş tutan məşqində iştirak etməyib.

 

Ulduz futbolçunun DÇ-2022-nin 1/4 final mərhələsinin İngiltərə ilə matçını buraxmaq ehtimalı var. Qarşılaşma 10 dekabr tarixində keçiriləcək.

 

Qeyd edək ki, Kilian Mbappe DÇ-2022-də meydana çıxdığı 4 matçda 5 qol vurub.

Xəbər xətti