Kriştiano Ronaldodan baş məşqçiyə təhdid

15:59 - 8 Dekabr 2022

Kriştiano Ronaldo DÇ-2022-də iştirak edən Portuqaliya milli komandasının düşərgəsini tərk etmək istəyib.

 

Sportal.az xəbər verir ki, bu iddia ilə "Record" nəşri çıxış edib.

 

Mənbənin məlumatına görə, 37 yaşlı hücumçu DÇ-2022-nin 1/8 final mərhələsinin İsevçrə ilə matçında ehtiyatda qalmasından rarazı qalıb. Ulduz futbolçu əsas heyətdə yer almadığına görə baş məşqçi Fernando Santosla mübahisə edib və onu millinin düşərgəsini tərk etməklə təhdid edib.

 

Buna baxmayaraq, Fernando Santos Ronaldonu ilk 11-likdə meydana buraxmayıb. Portuqaliya millisi həmin qarşılaşmada 6:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

 

İsveçrə ilə görüşün səhərsi gün isə Kriştiano Ronadlo komanda ilə birlikdə məşqə çıxmaqdan imtina edib. O, fitnes zalında təkbaşına məşq edib.

 

Portuqaliya Futbol Federasiyası isə bəyanat yayaraq xəbərin doğru olmadığını bildirib.

Xəbər xətti