"Çelsi"nin futbolçusu İngiltərə millisinin düşərgəsinə qayıtdı

16:27 - 9 Dekabr 2022

Ailə məsələləri ilə əlaqədar olaraq ölkəyə gedən İngiltərə millisinin futbolçusu Rahim Sterlinq artıq Qətərə qayıdaraq millinin düşərgəsinə qoşulub.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı vinger komanda ilə məşqə çıxıb. Lakin onun sabah DÇ-2022-nin 1/4 final mərhələsində Fransaya qarşı oynaması gözlənilmir. Baş məşqçi Qaret Sautqeyd "Çelsi"nin futbolçusunun hazır olmadığını bildirib:

 

"Sterlinq komandanın bir neçə məşqini buraxıb. Üstəlik o, iki uzun uçuş keçirib. Oyuna tam hazır deyil".

 

Qeyd edək ki, Rahim Sterlinq Qətərdə olankən evinə silahlı şəxslər daxil olub. Təcrübəli oyunçu ailəsi qorxu yaşadığı üçün onların yanına qayıtmışdı.

Xəbər xətti