"Liverpul"un futbolçusu Luis Dias yenidən zədələnib.
Sportal.az xəbər verir ki, kolumbiyalı vinger dizindən xəsarət alıb. 25 yaşlı futbolçu əməliyyat olunacaq. O, mart ayına kimi yaşıl meydanlardan uzaq qalacaq.
Luis Dias zədə səbəbindən 2 ay komandadan uzaq qalmışdı. Futbolçu bir neçə gündür məşqlərə başlamışdı.
Qeyd edək ki, Luis Dias cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 12 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi