İngiltərənin "Mançester Siti" klubu ev oyunlarını keçirdiyi "Etihad Stadionu"nun həcmini artıracaq.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yenidən qurma işlərindən sonra arenanın tamaşaçı tutumu 53 mindən 60 minə yüksəldiləcək.
Bundan əlavə stadionda otel və muzey inşa ediləcək. Klub azarkeşlərə daha yaxşı xidmət göstərmək istəyir. Stadion yeni layihədən sonra ilboyu əyləncə xidmətləri göstərəcək bir bazaya çevriləcək.
Qeyd edək ki, "Mançester Siti" 2003-cü ildən ev oyunlarını "Etihad Stadionu"nda keçirir. "Şəhərlilər" daha əvvəl rəqiblərini "Meyn Roud" arenasında qəbul edirdi.
saytlarin hazirlanmasi