Ronaldinyo: "Messi Fransanı yox edəcək"

19:51 - 17 Dekabr 2022

"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo DÇ-2022-nin finalı öncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, keçmiş komanda yoldaşı olan Lionel Messinin çıxış etdiyi Argentina yığmasının dünya çempionu olacağını deyib:

 

"Dəyərli dostum Lionel Messi bir futbolçudan daha artıqdır. Münasibərimizə dəyər verirəm. Ona hər zaman öz enerjimdən vermək istəyirəm. Finaldan sonra mütləq yanına gedib onu təbrik edəcəyəm. Argentinanın qalib gələcəyindən şübhəm yoxdur. Messi Fransanı yox edəcək. Hesab Argentinanın xeyrinə olacaq və kuboku qazanacaqlar".

 

Qeyd edək ki, Argentina - Fransa qarşılaşması sabah Bakı vaxtilə saat 19:00-da baş tutacaq.

Xəbər xətti