Millimizin səfər oyununun keçiriləcəyi stadion açıqlandı

19:36 - 22 Dekabr 2022

Azərbaycan milli komandasının Avro 2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə səfərdə keçirəcəyi oyunun məkanı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Tallindəki "Le Kok Arena"da baş tutacaq. Bu barədə Estoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Matç 2023-cü il oktyabrın 13-də keçiriləcək.

 

Qeyd edək ki, milli komandamz Avro-2024-ü seçmə mərhələsinin F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Xəbər xətti