Salah "Liverpul"un əfsanəsinə çatdı

11:40 - 27 Dekabr 2022

"Liverpul"un futbolçusu Məhəmməd Salah adını klubun tarixinə yazdırıb.

 

Sportal.az xəbər verir ki, misirli hücumçu buna Premyer Liqanın XVII turunda "Aston Villa" ilə matçında (3:1) qol vurmaqla nail olub. 30 yaşlı oyunçu klubun əfsanələrindən olan Kenni Dalqlişin uğurunu təkrarlayıb.

 

Dalqliş və Salah 172 qolla İngiltərə təmsilçisinin bombardirləri siyahısında yeddinci yerdədirlər. Salah 277-ci matçda bunu bacarıb. "Liverpul" tarixində ən çox qol vuran futbolçu isə 346 dəfə fərqlənən İan Raşdır.

Xəbər xətti