İtaliya A Seriyasının lideri olan "Napoli" bir futbolçusu ilə yeni müqavilə imzalayacaq.
Sportal.az xəbər verir ki, bu, Stanislav Lobotkadır. Neapol təmsilçisi slovakiyalı yarımmüdafiəçinin 2025-ci ilin yayına kimi olan sözləşməsinin müddətini daha iki il artıracaq. Bu barədə jurnalist Canluka di Martsio məlumat yayıb.
Qeyd edək ki, Stanislav Lobotka "Napoli"yə 2020-ci ilin yayında "Selta"dan transfer olunub. 28 yaşlı futbolçu cari mövsümdə neapolluların heyətində meydana çıxdığı 21 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi