"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Markus Reşfordu cəzalandırıb.
Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis ingiltərəli hücumçunu Premyer Liqanın 17-ci turunun "Vulverhempton"la matçının (1:0) əsas heyətinə daxil etməyib.
İkinci hissədə meydana daxil olaraq komandasına qələbə qazandıran 25 yaşlı forvard oyundan sonra açıqlama verib. O, iclasa gecikdiyinə görə cəzalandırıldığını deyib:
"Yuxuya getdim və oyunöncəsi iclası buraxdım. Bir az gecikdim. Bu, komandanın qaydalarıdır və mən qərarı başa düşürəm".
saytlarin hazirlanmasi