İngiltərənin "Nottingem Forest" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Cessi Linqard sıradan çıxıb. "Mançester Yunayted"lə görüşdə (0:3) zədələnən 30 yaşlı vinger 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Cessi Linqard "Nottingem Forest"ə mövsümün əvvəlində keçib. İngiltərəli oyunçu komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.