İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Vircil van Deyk sıradan çıxıb. Premyer Liqanın 18-ci turunun "Brentford"la matçında (1:3) bud nahiyəsindən zədələnən niderlandlı müdafiəçinin durumu gözləniləndən ciddidir.
31 yaşlı mrəkəz müdafiəçisinin dəqiq durumunu müəyyənləşdirmək üçün onu əlavə testlərdən keçirəcəklər. İlkin ehtimala görə, təcrübəli futbolçu bir neçə həftə məşqlərdən uzaq qalacaq.
Qeyd edək ki, "Liverpul" Vircil van Daykı 2018-ci illin yanvarında "Sauthempton"dan transfer edib. Niderland millisinin üzvü cari mövsümdə "qırmızılar"ın heyətində meydana çıxdığı 24 matçda 2 qol vurub.
saytlarin hazirlanmasi