Premyer Liqada çətin günlər yaşayan "Everton" baş məşqçi Frenk Lempardla yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, 19-cu turda "Brayton"a 1:4 hesablı məğlubiyyət klub rəhbərliyinin fikrini qətiləşdirib. Yaxın günlərdə 44 yaşlı mütəxəssislə yollar ayrılacaq.
"Everton"da Lempardı kimin əvəzləyəcəyi artıq müəyyənləşib. Hazırda ABŞ-ın "Di Si Yunayted" klubuna rəhbərlik edən Ueyn Runi baş məşqçi vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, aktivində 15 xal olan "Everton" İngiltərə Premyer Liqasında turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi