"İnter"ə son dəqiqə şoku - VİDEO

11:35 - 8 Yanvar 2023

İtaliya A Seriyasında 17-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, "İnter" səfərdə "Montsa"nın qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

 

17 turdan sonra 34 xal toplayan "İnter" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Montsa" isə 18 xalla 14-cü yerdədir.

 

"Montsa" - "İnter" 2:2

Qollar: Patrik Çurriya, 12, Denzel Dumfris, 90+3 (avtoqol) - Matteo Darmian, 10, Lautaro Martines, 22

 

Xəbər xətti